
Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının da formasını geyindiyi "Yurqorden" İsveç çempionatında 19-cu tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda səfərdə "Qoteburq"la üz-üzə gəlib.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Musa matçın 88-ci dəqiqəsində, komandası hesabda geri olduğu (1:2) vaxt meydana daxil olub.
"Yurqorden" bu nəticədən sonra turnir cədvəlində 33 xalla 4-cüdür.
M.Qurbanlı bu ilin iyul ayının 5-də "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.
"Qoteburq" - "Yurqorden" - 2:1
Qollar: Milleskoq, 20 (0:1), Mukolli, 77 (1:1), Berq, 86
Baş hakim: Andres Ekberq
"Qamia Ullevi" stadionu