Tanınmış serbiyalı hücumçuda koronavirus tapıldı

13 Mart 2020 23:50 İtaliya 711
Tanınmış serbiyalı hücumçuda koronavirus tapıldı

"Fiorentina"nın futbolçusu Duşan Vlahoviçin koronavirus testi müsbət nəticə verib.

Sportinfo.az xəbər verir ki, hazırda serbiyalı hücumçu evindədir.

Onun xəstəlik simptomlarının olmadığı bildirilir. "Fiorentina" qanunla tələb olunan bütün izolyasiya prosedurlarını aktivləşdirib. Vlahoviçlə təmasda olmuş bütün şəxslərin qeydiyyata alınmasına başlanılıb.

Daha əvvəl İtaliyada "Sampdoriya"nın 5 futbolçusu - Manolo Qabbyadini, Albin Ekdal, Omar Kolli, Antonio La Qumina və Morten Torsbyu, eləcə də klubun həkimi Amedeo Baldarinin koronavirusa yoluxduqları açıqlanıb.

Digər Xəbərlər
Xəbər Lenti