Kubok “İnter”in oldu - VİDEO

25 May 2023 15:40 İtaliya 830
Kubok “İnter”in oldu - VİDEO

İtaliya Kubokunda 2022/23 mövsümünün qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, final matçında “İnter” və “Fiorentina” üz-üzə gəliblər.

Görüş “nerazzuri”nin qələbəsi ilə başa çatıb - 2:1. Hesabı 3-cü dəqiqədə Nikolas Qonsaleslə florensiyalılar açıblar.

Lakin Lautaro Martines 29 və 37-ci dəqiqələrdə iki qol vuraraq, kuboku “İnter”ə qazandırıb.

Milan təmsilçisi ardıcıl ikinci, ümumilikdə 8-ci dəfə titula yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...