“Qarabağ erməniləri müstəqillikdən vaz keçir”

8 Mart 2023 03:50 Gündəm 638
“Qarabağ erməniləri müstəqillikdən vaz keçir”

“Dağlıq Qarabağın hazırkı hakimiyyəti (rus sülhməramlılarının nəzarət etdiyi bölgədə “hakimiyyət” quran oyuncaq, qondarma “dqr” nəzərdə tutulur - red.) də

Bunu urnalistlərlə görüşündə Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

O, Araik Arutyunyanın “əgər kimsə inteqrasiyanı müzakirə etmək istəyirsə, deməli, bunu etməkdə azaddır” sözlərini xatırladıb. Şarmazanovun fikrincə, “Dağlıq Qarabağın müstəqilliyi” məsələsi artıq müzakirə mövzusu deyil.

“Xəyanət başqa nə kimi görünür? Qırmızı xətləri necə keçə bilərsən?”, - deyə Şarmazanov münasibətini bu sözlərlə ifadə edib.

“Dağlıq Qarabağ prezidenti”nin (qondarma qurumun oyuncaq rəhbəri - red.) bəyanatları bizi qarşılıqlı güzəştə getdiyimizə görə tənqid edən Nikolun siyasətinin nəticəsidir”, - deyə Serj Sərkisyanın partiyasının sözçüsü vurğulayıb.

Onun iddiasına görə, hətta ən çətin dövrdə, 1992-ci ildə Azərbaycanla inteqrasiyadan söhbət getməyib.

“Niyə 1990-cı illərdə Azərbaycanla döyüşmüş şəxs bu gün deyir ki, Dağlıq Qarabağda bu və ya digər mədənin kimə məxsus olmasının fərqi yoxdur?

Yəhuda (Xristian dinində İsa peyğəmbəri satan şəxs - red) başqa nə kimi görünür? Bu işdə bunun üçün mübarizə aparırdı?” - deyə erməni müxalifətçi suallar verib.

Digər Xəbərlər
Xəbər Lenti