"Ronaldodan ayı tələb etdilər və gözlədilər ki, gətirsin"

18 Noyabr 2021 15:40 İtaliya 908
"Ronaldodan ayı tələb etdilər və gözlədilər ki, gətirsin"

“Yuventus”un və İtaliya yığmasının sabiq qapıçısı Dino Zoff Kriştiano Ronaldonun A seriyasını tərk etməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Zoff Ronaldodan çox şey tələb olunduğunu deyib:

“Ronaldonun gedişi? Bu gedişdə müdriklik yox, qərar əsas olub. Belə məqamda həlledici fikir oyunçunun özünə məxsusdur.

Çempionlarla belə olur. Etiraf edək ki, o, hər şeyi təkbaşına edə bilməzdi. Ondan ayı tələb etdilər və gözlədilər ki, gətirsin. Amma unutduq ki, o da bizim kimi insandır”.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!