“Barselona”dan  3-cü dəfə təklif alsa, imtina etməyəcək

19 Noyabr 2020 15:20 İspaniya 495
“Barselona”dan  3-cü dəfə təklif alsa, imtina etməyəcək

Deyəsən, “Tottenhem”in sabiq baş məşqçisi Mourisio Poçettino peşman olub.

Sportinfo.az xəbər verir ki, mütəxəssis “Barselona”dan aldığı təklifləri dəyərləndirmədiyi üçü n təəssüflənir.

O, indiyə qədər İspaniya nəhəngindən 2 dəfə təklif alıb ə hər dəfə imtina edib. Poçettino bildirib ki, 3-cü dəfə təklif alsa, bu dəfə “yox” deməyəcək.

O da vurğulanır ki, Poçettino “Barselona”ya “Mançester Yunayted”i çalışdırmaq naminə “yox” cavabı verib . Ancaq onun MY-də işləmək arzusu da reallaşmayıb.

Hazırda “Barselona”nın baş məşqçisi Ronald Kumandır. Poçettino “Tottenhem”i 2014-2019-cu illərdə çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti