Derbidə “Barselona”ya uduzdu, La Liqa ilə vidalaşdı - VİDEO

9 İyul 2020 11:06 İspaniya 1 390
Derbidə “Barselona”ya uduzdu, La Liqa ilə vidalaşdı - VİDEO

"Barselona" La Liqada növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu 35-ci turda "Espanyol"u qəbul edib.

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xalınə 76-ya yüksəldən Kike Setyenin komandası turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

24 xalla sonuncu pillədə qalan "Espanyol"un isə elitanı tərk edəcəyi rəsmiləşib. Turnir cədevəlinə 77 xalla (34 oyun) "Real" başçılıq edir. "Atletiko" isə 63 xalla 3-cüdür.

"Barselona" - "Espanyol" 1:0
Qol:
Suares, 56
Qırmızı vərəqələr: Fati, 50 ("Barselona"), Lozano, 53 ("Espanyol")

Digər Xəbərlər
Xəbər Lenti