Qurban Qurbanovdan yeni transfer açıqlaması - O da “Qarabağ”a gəlir?

01:50 Qarabağ 1 308
Qurban Qurbanovdan yeni transfer açıqlaması - O da “Qarabağ”a gəlir?

Növbəti mövsüm üçün transfer fəaliyyətini davam etdirən "Qarabağ" müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionunun əsas hədəfi "Dinamo"da çıxış edən Sami Mmaedir.

Ağdam təmsilçisi mərakeşli futbolçunu hələ "Ferentsvaroş"da çıxış etdiyi vaxtdan izləyir.

28 yaşlı mərkəz müdafiəçisi ötən ilin yayında Macarıstan klubundan ayrıldıqdan sonra "Dinamo"ya keçməyə üstünlük verib.

Mmae Zaqreb təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkir.

"Qarabağ"la danışıq aparan təcrübəli oyunçu Azərbaycan klubuna keçməyə isti yanaşır. 1-2 həftə transferin baş tutub-tutmayacağı bilinəcək.

Sami Mmae ötən mövsüm "Dinamo"nun heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol vurub. Onun Xorvatiya klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Zaqreb “Dinamo”sunun müdafiəçisi Sami Mmaenin adı transfer siyahınızda var” sualını belə cavablandırıb: “Ola bilər, siyahıda olsun”.

Digər Xəbərlər
Xəbər Lenti