Bölgə klubunda uğur qazanan futbolçulara edilən hörmətsizliyə baxın...

1 İyul 19:00 Azərbaycan Futbolu 331
Bölgə klubunda uğur qazanan futbolçulara edilən hörmətsizliyə baxın...

"İmişli" rəhbərliyi mövsümü uğurlu keçirən kollektiv layiqincə qiymətləndirməyib.

Mövsümü gümüş medalla başa vuran aran təmsilçisi 19 ildən sonra Premyer Liqaya vəsiqə qazanıb.

Aldıqları mükafat isə vur-tut 200 manat olub.

Əvəzində uğuru qeyd etmək üçün arenada təşkil edilən konsert proqramında yer almış müğənni Damlaya 5000 manat qonorar verilib.

Bu barədə İmişlidən olan təcrübəli idman jurnalist Vüsal Bəbirli öz sosial şəbəkə hesabında yazıb.

Onun paylaşımını olduğu kimi təqdim edirik:

"Son mövsüm I Liqada ikinci olan "İmişli" Premyer Liqaya vəsiqə qazandı. İmişli klubu mövsümün son "ev" oyununda yerli publika önündə konsert proqramı da təşkil edib.

Azarkeşlər önünə meydana bir neçə sənətçi də çıxıb. Bunlar Müğənni Damla və Günay Bəylərqızı, eləcə də meyxanaçı müğənnillər olan Rövşən Binəqədili və İmişlidən olan Hidayət olub.

Maraqlı olan məqam odur ki, "İmişli" rəhbərliyi bu konsertdə iştirakına görə Damlaya 5 min, Günay Bəylərqızına 3 min manat, Rövşən Binəqədiliyə 500,
Hidayət İmişliyə isə 100 manat qonarar veriblər.

Premyer Liqaya vəsiqə qazandıqları üçün isə yerli futbolçuların hərəsinə 200 manat mükafat verilib.

Təsəvvür edirsiniz, il boyu əziyyət çəkən, sonda klubu Premyer Liqaya yüksəldən futbolçulara 200 manat, 10-15 dəqiqə stadionda fonoqramada oxuyan müğənnilərə isə 5 min, 3 min qonarar".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti