
“Sportinfo TV”nin yeni “youtube” layihəsi “Futbol manşet” verilişinin növbəti buraxılışı efirə gedib.
Tanınmış jurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin qonağı futbol funksioneri Ceyhun Sultanov olub.
Sayılıb-seçilən menecer "Araz Naxçıvan"dakı transferləri haqda danışıb,
O, "Zirə"nin vingeri Salifu Sumanın Kiyev "Dinamo"suna keçidi prosesinə vasitəçilik etdiyi, hətta bu prossesdə qəsəbə klubunun qazanacağı təxmini məbləğdən söz açıb.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN