“Qarabağ”sevərlərin ürəyindən ”tikan çıxaran” qərar – “Şah”ın “qələmi qırıldı”

27 Avqust 2023 11:05 Qarabağ 15 018
“Qarabağ”sevərlərin ürəyindən ”tikan çıxaran” qərar – “Şah”ın “qələmi qırıldı”

“Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevi cərimələyib.

Buna səbəb onun cari avrokuboklar mövsümündə yol verdiyi səhvlərdir.

Belə ki, dağıstanlı kiper Çempionlar Liqasında “Rakuv”la keçirilən üçüncü təsnifat mərhələsinin Polaşadakı ilk oyununda, həmçinin HİK-lə Finlandiyada baş tutan Avropa Liqasının 3-cü raundunun cavab qarşılaşmasında kobud xətalarla yadda qalıb.

“Şah”ın bir-birinin ardınca yanlışlıqlara yol verməsi baş məşqçi Qurban Qurbanovu hövsələdən çıxarıb.

Təcrübəli mütəxəssis “əlcək sahibi”ni möhkəm danlamaqla yanaşı, onun böyük miqdarda cərimələnməsinə dair rəhbərliyə raport yazıb. Son vaxtlar azarkeşlərin əsəblərini tarıma çəkən

Məhəmmədəliyevin “Olimpiya “ ilə Avroliqanın pley-off mərhələsinin Sloveniyada keçirilən ilk görüşündə ehtiyatda qalması da bu gedişatla bağlıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...