“Real” veteran futbolçusu Marselo ilə vidalaşmaq niyyətindədir.
Sportinfo.az xəbər verir ki, “kral klubu” yayda braziliyalı futbolçunu azad agent kimi buraxmağı planlaşdırır.
Amma o da bildirilir ki, Marselo komandada qalmaq niyyətindədir.
Hətta bunun naminə o, məvacibinin də azaldılmasına razıdır. 33 yaşlı müdafiəçi 2007-ci ildən “Real”da çıxış edir.
Bu mövsüm braziliyalı futbolçu bütün turnirlərdə 14 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.
Müdafiəçinin "Real"la müqaviləsi mövsümün sonunda başa çatır. “Transfermarkt” Marselonun bazar dəyərini 3 milyon avro qiymətləndirir.

