Sportinfo.az xəbər verir ki, “Barselona”nın baş məşqçisi Xavi futbolçu karyerası ərzində daim Lionel Messini tərifləyirdi.
İndi isə onun sərəncamında gənc superistedad var. Söhbət Pedridən gedir.
Pedri “Sevilya” ilə qarşılaşmada “Barsa”nın qələbə qolunu vurub. Xavi mətbuat konfransında bildirib ki, Pedrinin oyunundan zövq alır:
“Pedri inanılmaz oyunçudur. O, möhtəşəm qol vurdu. Onun oyununu izləməkdən zövq alıram.
Cəmi 19 yaşı var. Mən ona deyirəm ki, daha tez-tez zərbə vursun. Baxmayaraq ki, kəskin ötürmələr etmək onda daha yaxşı alınır. Bu gün zərbə endirdi və əla qol vurdu.
O, artıq Pike, Alba, Alves və Ter Stegenlə birlikdə komandamızın lideridir”.
19 yaşlı yarımmüdafiəçisi bu mövsüm "Barsa”nın heyətində 18 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

