"Barselona"nın baş məşqçisi Xavi komandaya transferi gündəmdə olan Erlinq Haaland haqda danışıb.
Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis Kataloniya təmsilçisinin gələcəyi üçün çalışdıqlarını bildirib:
"Haaland mövzusu ilə bağlı ətraflı məlumat verə bilmərəm. Gələcək üçün çalışırıq. Daha çox danışa bilmərəm".
Xavi bir neçə gün öncə Almaniyanın Münhen şəhərində Erlinq Haalandla görüşüb.

