“Real”ın transferdə əsas hədəfi bu futbolçudur

5 Avqust 2021 10:20 İspaniya 639
“Real”ın transferdə əsas hədəfi bu futbolçudur

“Real”ın transferdə əsas hədəfi məlum olub.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi müdafiəçilər Rafael Varan (“Mançester Yunayted”) və Serxio Ramosun (PSJ) ayrılığından sonra bu mövqeyə yeni futbolçu transfer etmək niyyətindədir.

Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

“Real”ın əsas hədəfi “Vilyarreal”dan Pau Torresdir. Madridlilər ispan müdafiəçi üçün klubu ilə danışıqlara başlayıb.

24 yaşlı Torresın “Vilyarreal”la müqaviləsi 2024-cü ilin yayına qədərdir. İspaniya millisinin də üzvü olan müdafiəçinin “transfermarkt”da dəyəri 50 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti