“Barselona”nın sabiq futbolçusu “Şaxtyor”da

23 İyun 2021 01:24 İspaniya 871
“Barselona”nın sabiq futbolçusu “Şaxtyor”da

“Şaxtyor” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Donetsk təmsilçisi İtaliya “Sassuolo”sundan Marlonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı braziliyalı müdafiəçi ilə beş illik müqavilə imzalanıb.

2016-cı ildə Braziliyanın “Fluminense” klubundan beş milyon avroya “Barselona”ya keçən Marlon Kataloniya təmsilçisinin əsas komandası ilə üç oyuna çıxıb.

Müdafiəçi 2018-ci ildə “Barselona”dan “Sassuolo”ya transfer olunub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik