Bakıda baş məşqçi sevincdən huşunu itirdi, xəstəxanaya yerləşdirildi.

13 May 2017 00:34 İslam Oyunları 636
Bakıda baş məşqçi sevincdən huşunu itirdi, xəstəxanaya yerləşdirildi.

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Kamerun millisinin baş məşqçisi Riçard Tova xəstəxanaya yerləşdirilib. Sportinfo.az xəbər verir ki, bu barədə kamerun mətbuatı məlumat yayıb. Ötən gün Mərakeşlə oyun zamanı Riçard Tovanın halı pisləşib.

Onun komandası 30-cu dəqiqədə hesabı açıb. Baş məşqçi bu qolun sevincindən huşunu itirib. Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin kardiologiya şöbəsində olan məşqçinin vəziyyəti normaldı. Kamerun - Mərakeş oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"