Karate üzrə Azərbaycan milli komandasının heyəti açıqlandı

12 May 2017 18:24 İslam Oyunları 474
Karate üzrə Azərbaycan milli komandasının heyəti açıqlandı

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək karate üzrə milli komandanın heyəti açıqlanıb. Sportinfo.az-ın Milli Karate Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan idmançıları İslamiadada baş məşqçi əvəzi Rəhman Hətəmov, böyük məşqçilər Şahin Xudaverdiyev, Seymur Hüseynov və Rəşad Hüseynov rəhbərliyi altında çıxış edəcəklər.

Kumite yarışlarında ümumilikdə 10 karateçi mükafatçılar sırasına düşməyə çalışacaq. Kişilərin mübarizəsinə kişilərdən Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84) və Asiman Qurbanlı (+84), qadınlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68) və Fəridə Əliyeva (+68) qatılacaq. Kata yarışlarında isə Azərbaycanı Roman Heydərov və Neda Rezai təmsil edəcək.

İslamiadada Azərbaycanın 3 beynəlxalq dərəcəli hakimi - Cahangir Babayev, Yusif Məmmədov və Vüqar Kərimov iş başında olacaq. Karate yarışları 13-14 martda keçiriləcək. İlk yarış günündə Firdovsi Fərzəliyev, Niyazi Əliyev, Rafael Ağayev, Nuranə Əliyeva, İlahə Qasımova və Fəridə Abiyeva çıxış edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"