İslamiadaya həsr olunmuş poçt markaları dövriyyəyə buraxıldı

12 May 2017 12:48 İslam Oyunları 391
İslamiadaya həsr olunmuş poçt markaları dövriyyəyə buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” MMC tərəfindən mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları nəşr olunub.

İslam Oyunlarında 21 növ üzrə 54 dövlətin 3 000-dən çox idmançısının mübarizə aparacağı nəzərdə tutulub. Sportinfo.az xəbər verir ki, 4 idman növünü özündə əks etdirən poçt markaları artıq dövriyyəyə buraxılıb.

Markaların üzərində tennis, gimnastika, boks və futbol idman növləri əks olunub. Belarus Nəşriyyat Evində nəşr olunan markaların tirajı 10 000, ölçüləri isə 40x28 mm təşkil edir. Poçt markalarının nominal dəyəri 0,5 manatdı.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"