Türkmənistan yiğması 130 nəfərlik heyətlə gəldi - İslamiadaya

12 May 2017 11:12 İslam Oyunları 448
Türkmənistan yiğması 130 nəfərlik heyətlə gəldi - İslamiadaya

Türkmənistan Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına 130 nəfərlik heyətlə gəlib. Sportinfo.az xəbər verir ki, bu barədə ölkənin idman komitəsindən “Turkmenportal”a bildiriblər. IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də keçiriləcək. Lakin mayın 8-dən etibarən futbol və həndbol yarışlarına start verilib

Türkmənistan idmançıları 12 növdə - voleybol (kişilər), boks, tennis, ağırlıqqaldırma, cüdo, güləş (sərbəst və yunan-Roma), üzgüçülük, 3x3 basketbol, atletika, taekvondo, uşu və karate üzrə yarışlarda mübarizə aparacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"