İslamiada: Kişi həndbolçular yarımfinala yüksələ bilmədi

12 May 2017 08:00 İslam Oyunları 466
İslamiada: Kişi həndbolçular yarımfinala yüksələ bilmədi

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksələ bilməyib. Sportinfo.az xəbər verir ki, bu, A qrupunda 3-cü turun oyunlarından sonra müəyyənləşib. Hikmət Abdullayevin baş məşqçi olduğu komanda Əlcəzairlə görüşdə 22:35 hesabı ilə uduzaraq, qrupu 2 xalla 3-cü pillədə başa vurub.

Səudiyyə Ərəbistanı 6, Əlcəzair isə 4 xalla ilk 2 yeri tutaraq, yarımfinala adlayıb. B qrupunda ilk 2 yeri isə 6 xalı olan Türkiyə və 4 xala malik İraq tutub. Növbəti mərhələdə Səudiyyə Ərəbistanı İraqla, Türkiyə Əlcəzairlə qarşılaşacaq. Azərbaycan mayın 12-də 5-ci yer uğrunda görüşdə Mərakeşlə, Pakistan isə 7-ci yer uğrunda qarşılaşmada İordaniya ilə üz-üzə gələcək.

Azərbaycanın qadın həndbolçulardan ibarət yığması birinci yerin sahibi kimi 6 xalla yarımfinala yüksəlib. Növbəti mərhələdə rəqib Özbəkistan olacaq. 4 xalla 2-ci yeri tutan Türkiyə isə Kamerunla üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"