Azərbaycanın voleybol yığmaları uğurlu başladı: İslamiada

12 May 2017 00:40 İslam Oyunları 470
Azərbaycanın voleybol yığmaları uğurlu başladı: İslamiada

IV İslam Həmrəyliyi Oyunlarının dördüncü yarış günündə futbol, voleybol və həndbol üzrə qrup mərhələsinin oyunları keçirilib. Sportinfo.az-ın məlumatına görə, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2-ci tur çərçivəsində Səudiyyə Ərəbistanı yığması ilə üz-üzə gəlib. A qrupunun görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Qrupun digər oyununda Mərakeş uzatma dəqiqələrində Kameruna məğlubiyyətdən qurtulub. B qrupunda isə Əlcəzair Fələstini, Oman isə Türkiyəni yenib. Bu nəticələrdən sonra Türkiyə və Səudiyyə Ərəbistanı yığmaları 2 oyundan xal yığa bilmədikləri üçün qrupda qalıblar. Əlcəzair yarımfinala vəsiqəni vaxtından əvvəl təmin edib. Qalan komandalar, o cümlədən, Azərbaycan millisi növbəti mərhələyə vəsiqəni son turda həll etməli olacaqlar.

Həndbol yarışlarında qrup mərhələsinə yekun vurulub. Son turun yekunlarına əsasən, Azərbaycanın qadın millisi maksimum xalla yarımfinala adlayıb. Növbəti mərhələdə rəqib Özbəkistan olacaq. Kişilərdən ibarət yığma isə qrupda 3-cü yeri tutduğu üçün mükafatçılar sırasına düşmə şanslarını itirib. Azərbaycanın voleybol yığmaları isə ilk tura qələbə ilə start veriblər. Qadın millisi Qırğızıstanı asanlıqla, kişilərdən ibarət yığma isə Pakistanı ciddi müqavimətlə üzləşdiyi halda yenməyi bacarıb - 3:0.

Futbol / Qrup mərhələsi, II tur / A qrupu
12:30. Kamerun - Mərakeş - 1:1
Qol: Frants Panqop Çidjui, 30 - Hamza Qudali, 90+1
"Bayıl Arena"
18:30. Azərbaycan - Səudiyyə Ərəbistanı 2:0
Qol: Elşən Abdullayev, 66. Ağabala Ramazanov, 80
"Bayıl Arena"
Xal durumu: AZƏRBAYCAN - 4, Mərakeş - 4, Kamerun - 2, Səudiyyə Ərəbistanı - 0.

B qrupu
10:30. Oman - Türkiyə - 3:2
Qollar: Ahmet əl-Matruşi, 58. Salah əl-Yəhyayi, 63. Muhsen əl-Qəssani, 73-penalti ilə - Melih Okutan, 27. Oğuzkan Kayar, 45+2
"AZAL Arena"
16:30. Fələstin - Əlcəzair - 0:1
Qol: Fərid əl-Məlali, 63-penalti ilə
"AZAL Arena"
Xal durumu: Əlcəzair - 6, Oman - 4, Fələstin - 1, Türkiyə - 0.

Həndbol / Qrup mərhələsi, III tur / Kişilər / A qrupu
11:15. Səudiyyə Ərəbistanı – Pakistan - 35:26 (18:10)
20:15. Əlcəzair - Azərbaycan - 35:22 (15:11)
Xal durumu: Səudiyyə Ərəbistanı - 6, Əlcəzair - 4, AZƏRBAYCAN - 2, Pakistan - 0.

B qrupu
09:00. İraq – Mərakeş - 25:22 (10:11)
18:00. İordaniya – Türkiyə - 21:26 (10:11)
Xal durumu: Türkiyə - 6, İraq - 4, Mərakeş - 2, İordaniya - 0.

Qadınlar
13:30. Özbəkistan – Kamerun - 25:41 (7:18)
15:45. Azərbaycan – Türkiyə - 27:22 (10:8)
Xal durumu: Azərbaycan - 6, Türkiyə - 4, Kamerun - 2, Özbəkistan - 0.
Sərhədçi İdman Kompleksi

Voleybol / Qrup mərhələsi, I tur / Kişilər / A qrupu
10:00. Türkiyə - Türkmənistan - 3:0 (25:16, 25:11, 27:25)
21:30. Azərbaycan - Pakistan - 3:0 (25:22, 25:18, 25:21)
Bakı Kristal Zalı 1

Qadınlar
12:30. Türkiyə - Tacikstan - 3:0 (25:8, 25:6, 25:7)
19:00. Azərbaycan - Qırğızıstan - 3:0 (25:7, 25:3, 25:8)
Bakı Kristal Zalı

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"