İslamiada: Azərbaycan boksçularının ilk rəqibləri bilindi

11 May 2017 18:24 İslam Oyunları 500
İslamiada: Azərbaycan boksçularının ilk rəqibləri bilindi

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarının püşkü atılıb. Sportinfo.az xəbər verir ki, 27 ölkənin qatılacağı turnirdə Azərbaycan millisinin üzvləri də rəqiblərini tanıyıblar. Yığmanın heyətində ilk olaraq rinqə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov çıxacaq. O, yarışın açılış günü 1/4 finalda qüvvəsini sınayacaq. “Bakı Kristal Zalı”nda keçiriləcək boks yarışları saat 12:00-da başlayacaq. Finallar isə mayın 18-də olacaq.

12 may
+91 kq. 1/4 final. Məhəmmədrəsul Məcidov – Nurlan Saparbay (Qazaxıstan)

13 may
52 kq. 1/8 final. Məsud Yusifzadə – Ömər Koç (Türkiyə)
75 kq. 1/8 final. Kamran Şahsuvarlı – Desmond Amsterdam (Qayana)
81 kq. 1/8 final. Rauf Rəhimov – Hafidz Adli Mohd (Malayziya)

14 may
60 kq. 1/4 final. Cavid Çələbiyev – Yoel Volliamson(Qayana) / Hakan Doğan (Türkiyə)
69 kq. 1/8 final. Tamerlan Abdullayev – Muhemmetmirat Sahedov (Türkmənistan)
91 kq. 1/4 final. Teymur Məmmədov – Sardorbek Beqaliyev (Özbəkistan)

15 may
49 kq. 1/4 final. Rüfət Hüseynov - Tolqahan Öztürk (Türkiyə) / Omid Əhmadisafa (İran)
56 kq. 1/4 final. Tayfur Əliyev – Taoufik Kaçfi (Mərakeş)

16 may
64 kq. 1/4 final. Elvin İsayev – Aliyor Noraliyov (Özbəkistan)

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"