Azərbaycan İslam Oyunlarından neçə medal gözləyir?

11 May 2017 17:00 İslam Oyunları 472
Azərbaycan İslam Oyunlarından neçə medal gözləyir?

"IV İslam Həmrəyliyi Oyunlarında komandamızın nə qədər medal qazanacağı proqnozunu vermək çətindir. Çünki Afrika, Asiya ölkələrindəki idmançıları o qədər də yaxşı tanımırıq” - Sportinfo.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

MOK-un vitse-prezidenti bildirib ki, məqsəd komanda hesabında birinci yerdə olmaqdır: “Avropa oyunlarında məqsəd ilk 3-lüyə daxil olmaq idisə, İslam Həmrəylik Oyunlarında məqsədimiz ayrı-ayrı idman növlərində medalları kifayət qədər çox almaqdır. Hər halda Avropa oyunlarından daha çox medal olacaq”.

Ç.Hüseynzadə deyib ki, Azərbaycan komandasında legioner idmançıların olması həmin idman növünün inkişafına kömək edir. “Əgər bir idman növündə zəif nəticə göstərilirsə və bu zaman tanınmış əcnəbilər gətirilirsə, artıq həmin idman növü üzrə rəqabət yaranır və bu, yerli idmançıların inkişafına kömək edir”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"