Türkiyə IV İslam Oyunlarına 339 idmançı ilə gəlir - SİYAHI

11 May 2017 12:12 İslam Oyunları 458
Türkiyə IV İslam Oyunlarına 339 idmançı ilə gəlir - SİYAHI

Türkiyə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 339 idmançı ilə təmsil olunacaq. Sportinfo.az xəbər verir ki, bu, Azərbaycandan sonra ən böyük göstəricidir. Qonşu ölkənin idmançıları 21 növdə yarışacaqlar: Atıcılıq (19 nəfər), atletika (45), para-atletika (7), cüdo (14), paracüdo (5), boks (10), 3X3 basketbol (8), gimnastika (9), güləş (24), ağırlıqqaldırma (16), karate (12), stolüstü tennis (7), taekvondo (16), tennis (8), uşu (6), üzgüçülük (41), həndbol (28), futbol (23), voleybol (28), su polosu (13).

Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç İslamiadaya ən yaxşı formada hazırlaşdıqlarını bildirib. O, yarışlarda uğur qazanacaqlarına inandığını ifadə edib: “İdmançı qardaşlarımızın məşqlərinin qarşılığını almaq vaxtı gəldi. Milli üzvlərinin ay-ulduzlu bayrağımızı ən yaxşı şəkildə təmsil edəcəklərinə inanıram. Son dönəmlərdə beynəlxalq turnirlərdə əldə edilən nailiyyətlərin ölkəmiz üçün əhəmiyyəti böyükdür. Bu uğurların davamının “Bakı 2017”də də gələcəyinə inanıram və idmançılarımıza uğurlar arzulayıram”.

2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarının İstanbulda keçiriləcəyini xatırladan nazir prezident Rəcəp Tayyip Ərdoğanın və baş nazir Binəli Yıldırımın dəstəyini əsirgəmədiyini söyləyib: “İslamiadanın Türkiyədə keçirilməsi üçün verdikləri dəstəyə görə onlara təşəkkür edirəm. Türkiyənin böyük turnirləri təşkil edəcək səviyyəyə çatdığını hər kəsə göstərdik. 2021-ci ildə İstanbulda keçirəcəyimiz V İslam Həmrəyliyi Oyunlarına layiqli şəkildə ev sahibliyi edəcəyimizə inanıram”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"