İslamiada üçün Tədbirlər Planı

11 May 2017 12:00 İslam Oyunları 449
İslamiada üçün Tədbirlər Planı

İslamiada zamanı dəmir yolu nəqliyyatının tənzimlənməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC sədrinin əmri ilə Tədbirlər Planı təsdiqlənib. IV İslam Həmrəyliyi Oyunlarının mayın 12-də açılış və mayın 22-də bağlanış mərasimi günlərində "Bakı Sərnişin" stansiyası və “Koroğlu” metro stansiyası arasında “KİSS” markalı elektrik qatarları aşağıdakı cədvəl üzrə hərəkət edəcək:

"Azərbaycan Dəmir Yolları" QSC-dən "report"a verilən məlumata görə, Tədbirlər Planına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günlərində, həmçinin həmin mərasimlərin təşkili üzrə məşq (sınaq) tədbirləri günlərində saat 18:00-dan 01:00-a qədər biletli tamaşaçıların, qonaqların, habelə müvafiq qaydada akkreditasiyadan keçmiş şəxslərin "Bakı Sərnişin" stansiyasından "Koroğlu” metro stansiyasına qədər “KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"