İslamiada: Azərbaycanın həndbol yığmaları fərqli nəticələr

11 May 2017 00:16 İslam Oyunları 517
İslamiada: Azərbaycanın həndbol yığmaları fərqli nəticələr

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında həndbol yığmaları 2-ci turun oyunlarını keçiriblər. Sportinfo.az-ın məlumatına görə, kişilərin mübarizəsində Azərbaycan milli komandası Səudiyyə Ərəbistanına uduzub. İlk yarıda 5 top fərqi uduzan Hikmət Abdullayevin baş məşqçi olduğu komanda fasilədən sonra fərqin böyüməsinə əngəl ola bilməyib.

A qrupunun digər görüşündə Əlcəzair Pakistanı darmadağın edib. 2 turdan sonra Səudiyyə Ərəbistanı 4 xalla qrupa başçılıq edir, Əlcəzair və Azərbaycan hərəyə 2 xalla 2-3-cü yerləri bölüşür. Sonuncu pillədəki Pakistan xalsızdır. Qrupda son turun görüşlərində Azərbaycan Əlcəzairlə, Səudiyyə Ərəbistanı Pakistanla qarşılaşacaq.

B qrupunda Türkiyə İraqı çətinliklə, Mərakeş İordaniyanı açıq fərqlə yenib. Bununla da 2 turdan sonra Türkiyə 4 xalla liderliyi ələ alıb. İraq və Mərakeş hərəyə 2 xalla 2-3-cü yerləri bölüşür. Xalı olmayan İordaniya sonuncudur. Qrupda son turun oyunlarında Türkiyə İordaniyanı, Mərakeş İraqı sınağa çəkəcək.

Qadınların mübarizəsində isə Azərbaycan yığması Özbəkistana böyük fərqlə qalib gəlib. Türkiyə isə Kamerunu çətinliklə yenib. 2 turdan sonra hərəyə 4 xala malik Azərbaycan və Türkiyə qrupa başçılıq edirlər. Kamerunla Özbəkistanın xalı yoxdur. Mayın 11-də keçiriləcək son turda Azərbaycan Türkiyə ilə, Kamerun Özbəkistanla qarşılaşacaq. İk turda Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları müvafiq olaraq, Pakistanı (43:36) və Kamerunu (28:26) məğlub edib.

Kişilər
A qrupu

09:00. Əlcəzair - Pakistan - 47:24 (20:8)
20:15. Azərbaycan - Səudiyyə Ərəbistanı - 31:38 (14:19)

B qrupu
11:15. Türkiyə - İraq - 35:33 (17:19)
18:00. İordaniya - Mərakeş - 16:27 (6:15)

Qadınlar
A qrupu

13:30. Kamerun - Türkiyə - 31:33 (16:19)
15:45. Özbəkistan - Azərbaycan - 21:47 (9:23)

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"