Bəhreyn İslamiadada hansı növlər üzrə təmsil olunacaq?

10 May 2017 14:36 İslam Oyunları 471
Bəhreyn İslamiadada hansı növlər üzrə təmsil olunacaq?

Bəhreyn Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında üç idman növündə təmsil olunacaq. Sportinfo.az xəbər verir ki, asiyalılar atletika, atıcılıq və güləş yarışlarında mübarizə aparacaqlar. Bəhreyn Olimpiya Komitəsinin baş katibi Abdulrahman Askerin rəhbərlik edəcəyi nümayəndə heyətində 38 idmançı yer alıb.

Onların içində rusiyalı Adam Batırov da var. 70 kq çəki dərəcəsində çıxış edən 32 yaşlı sərbəst güləşçi iki dəfə Avropa çempionatının gümüş medalçısı olmaqla bərabər, 2016-cı il Asiya çempionatının qalibidir. Bəhreyn nümayəndə heyətində yer alan rəsmi şəxslər mayın 9-da Bakıya yola düşüblər. İdmançılar isə yarışlar başlayan ərəfədə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"