Qadınlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlandı

10 May 2017 00:08 İslam Oyunları 563
Qadınlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlandı

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin IV İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb. Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, baş məşqçi Faiq Qarayev 14 voleybolçuya şans verəcək.

Bunlar Polina Rəhimova, Valeriya Məmmədova, Kseniya Poznyak, Kristina Yaqubova, Yana Kulan, Olena Həsənova, Odina Bayramova, Yelizaveta Səmədova, Katerina Jidkova, Aynur Kərimova, Ceyran Əliyeva, Şəfaqət Həbibova, Oksana Kiselyova və Ayşən Abduləzimovadı.

İslamiadada Azərbaycan millisi mayın 11-də Qırğızıstan, mayın 13-də Tacikistan, mayın 14-də isə Türkiyə ilə üz-üzə gələcək. Yarımfinal görüşləri mayın 17-də, 3-cü yer uğrunda və final görüşləri isə mayın 18-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"