Azərbaycanlı hakim İslamiadaya təyinat aldı

9 May 2017 16:48 İslam Oyunları 413
Azərbaycanlı hakim İslamiadaya təyinat aldı

Mayın 12-22-də Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarını idarə edəcək hakimlərin siyahısı müəyyənləşib. Sportinfo.az xəbər verir ki, “Bakı Kristal Zal”da baş tutacaq döyüşlərə 27 ədalət təmsilçisi təyinat alıb.

Bu siyahıda azərbaycanlı referi də var. Mayın 12-18-də keçiriləcək kişi boksçuların mübarizəsi zamanı Mehman Mürsəlov ədaləti qoruyacaq hakimlərdən biri olacaq. Yığmamızın üzvləri İslamiadada 10 çəki dərəcəsinin hamısında rinqə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"