Kamerunun U-23 yığmasının baş məşqçisi Riçard Tova Azərbaycan ilə oyundan (0:0) sonra keçirilmiş mətbuat konfransında jurnalistləri incə yumor hissi ilə təəccübləndirib. Sportinfo.az xəbər verir ki, mətbuat konfransının gedişində zalda işıqlar sönüb və yarıqaranlıq şərait yaranıb.
Hər iki məşqçinin jurnalistlərlə görüşündə işıqlar bir neçə dəfə sönüb, otağa qaranlıq çöküb. Bu vaxta qədər, demək olar ki, gülümsəməyən qaradərili Tova jurnalistlərə müraciət edib: “Məni görürsüz?”.
Zarafat çox yerinə düşmüşdü, belə ki, məşqçinin yanında oturmuş fransızcadan tərcümə edən azərbaycanlı xanımın üzündən fərqli olaraq, kamerunlu mütəxəssisin üzü, doğrudan da, görünmürdü. Tovanın yumoru gülüş və alqışlarla qarşılandı.
