"Səhvlərimiz var, ilk matçda uduzmamaq önəmlidi” - Milli "koç"

9 May 2017 00:34 İslam Oyunları 676
"Səhvlərimiz var, ilk matçda uduzmamaq önəmlidi” - Milli "koç"

"Nəticədən razı qaldım. Lakin səhvlərimiz var idi. Hər iki komandanın qol vurmaq şansları oldu. Heç-heçəni ədaləti sayıram" - Sportinfo.az-ın məlumatına görə, bunu 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsi çərçivəsində Kamerun ilə 0:0 heç-heçədən sonra deyib.

57 yaşlı mütəxəssis bildirib ki, əsas məqsəd qrupdan çıxmaqdı. Onun sözlərinə görə, bu cür turnirlərdə ilk matçda uduzmamaq böyük önəm kəsb edir. Azərbaycan ilə birgə A qrupunda yer alan Mərakəş yığmasının da oyununu bəyəndiyini söyləyən Y.Vahabzadə qarşıdakı oyunlarda lazım olan xalları toplamağa çalışacaqlarını vurğulayıb:

"Nəticədən razı qaldım. Lakin səhvlərimiz var idi. Hər iki komandanın qol vurmaq şansları oldu. Bu cür turnirlərdə ilk matçda uduzmamaq böyük önəm kəsb edir. A qrupunda yer alan Mərakəş yığmasının da oyununu bəyəndim. Qarşıdakı oyunlarda lazım olan xalları toplamağa çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"