Bakıda start götürən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində növbəti futbol oyunu keçirilib. Sportinfo.az xəbər verir ki, B qrupunda ilk tur matçında Əlcəzair və Türkiyə milli komandaları qarşılaşıb. "Bayıl Arena"dakı görüşün ilk yarısı Türkiyə yığmasının 1:0 hesablı üstünlüyü ilə yekunlaşsa da, Əlcəzair millisi fasilədən sonra 2 qol vuraraq qalib gəlib. Qrupda ilk turun digər görüşü Fələstin və Oman yığmaları arasında keçiriləcək. “AZAL Arena”da təşkil olunacaq matç saat 16:30-da başlayacaq.
