Bakıda start götürən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol yarışında ilk oyun keçirilib .Sportinfo.az xəbər verir ki, A qrupunda ilk tur matçında Səudiyyə Ərəbistanı ilə Mərakeş yığmaları üz-üzə gəlib.
"AZAL Arena"da keçirilən görüş Mərakeşin qələbəsi ilə yekunlaşıb - 1:0. Qrupda ilk turun digər görüşü Azərbaycan və Kamerun arasında keçiriləcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşma saat 18:30-da başlanacaq.
