Liviyaı Bakıda keçiriləcək İslam Həmrəyliyi oyunlarında iştirakdan imtina edə bilər. Sportinfo.az xəbər verir ki, bunu Liviya Olimpiya komitəsinin baş katibi Xalid Alzenkola deyib.
Liviya Bakıdakı İslam Həmrəyliyi oyunlarında 13 idmançı ilə təmsil olunmağı və 8 idman növündə iştirak etməyi planlaşdırırdı. Onun sözlərinə görə, Liviya komandasının Bakıdakı yarışlarda iştirakı sual altındadı.
"Maliyyələşmədə problemlər yaranıb. "Hökumət maliyyə dəstəyi üçün söz vermişdi, amma vaxt çox az qalıb. Ən yaxşısı iştirak etməməkdir”, - deyə baş katib bildirib.
