Gəncədə İslamiadanın loqosu bu cür canlandırıldı - VİDEO

6 May 2017 18:36 İslam Oyunları 469
Gəncədə İslamiadanın loqosu bu cür canlandırıldı - VİDEO

Gəncədə “IV İslam Həmrəyliyi Oyunları”nın loqosu canlandırılıb. Sportinfo.az xəbər verir ki, “IV İslam Həmrəyliyi Oyunları” ərəfəsində Gəncədə təşkil olunan möhtəşəm fləşmob 6 min gəncin iştirakı ilə keçirilib. Gəncənin gəncləri şəhərin Heydər Əliyev adına baş meydanına toplaşaraq idman bayramının sevincini yaşayıblar.

Canlı loqonu yaratmaqla sülh və həmrəylik çağırışları ətrafında birləşdiklərini dünyaya nümayiş etdiriblər. Canı loqonun yaradılmasını şəhər ictimayyətinin nümayəndələri və şəhər sakinləri izləyib. Fləşmob 6 min gəncin iştirakı ilə keçirilib.

Gəncədə bundan əvvəl 2014-cü ildə eyni məkanda ümummilli lider Heydər Əliyevin canlı portreti, 2015-ci ildə “Bakı-2015” birinci Avropa Oyunlarının canlı loqosu yaradılıb. Ötən il isə “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı”nın loqosu canlandırılıb. Nümayiş olunan canlı loqonun təşkilatçısı “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyidi.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"