"Sumqayıt" IV İslam Həmrəylik Oyunlarının iştirakçısı Kamerunun U-23 millisi ilə yoxlama oyunu keçirib. Sportinfo.az xəbər verir ki, "Kapital Bank Arena"da baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Bu oyunda sumqayıtlıların qollarını Vurğun Hüseynov və Amil Yunanov vurub.
