"Komandaya ziyan dəyəcək nəsə olsa, ola bilər, onu dəyişək"

3 May 2017 08:36 İslam Oyunları 534
"Komandaya ziyan dəyəcək nəsə olsa, ola bilər, onu dəyişək"

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın bayraqdarı müəyyənləşib. Sportinfo.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, mayın 12-də keçiriləcək açılış mərasimində nümayəndə heyətinin önündə karateçi Rafael Ağayev gedəcək.

Lakin Ç.Hüseynzadə bayraqdarın dəyişilə biləcəyini istisna etməyib: "Mən Rafaelin özü ilə də danışmışam. Açılış mərasiminin ertəsi - mayın 13-də Ağayev çıxış edəcək. Bunu nəzərə alaraq bayraqdarın dəyişilmə ehtimalı var. Amma 90 faiz Rafaeldir. Burada komandaya ziyan dəyəcək məqam olsa, ola bilər onu dəyişək".

R.Ağayev isə "report"a bayraqdar olacağını Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovdan eşitdiyini söyləyib. 32 yaşlı idmançı bu missiyanı yerinə yetirməyə hazır olduğunu vurğulayıb: "Artıq İslamiadaya tam hazıram. Açılış mərasiminin ertəsi döyüşə çıxmağımda heç bir problem yoxdur. Bayraqdar olmaq şərəfi hər adama nəsib olmur. Belə şərəfli missiyanı mənə həvalə edirlərsə, can-başla yerinə yetirməyə hazıram".

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"