İslamiada: Azərbaycanın ağırlıqqaldırma yığmasının heyəti açıqlandı

3 May 2017 00:40 İslam Oyunları 440
İslamiada: Azərbaycanın ağırlıqqaldırma yığmasının heyəti açıqlandı

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, yarışda 8 qadın və 8 kişi atlet çıxış edəcək.

Qadınların mübarizəsində Mərziyyə Məhərrəmova (48 kq), Səbinə Əzimova, Gülçin Əlizadə (hər ikisi 53 kq), Firuzə İbrahimova (58 kq), Elnurə Abbasova (63 kq), Anastasiya İbrahimli, Fidan Hüseynzadə (hər ikisi 69 kq), Xumar Məmmədova (+90 kq) çıxış edəcək.

Kişilərin yarışına isə Elmar Alıyev (56 kq), Allahyar Abışov (62 kq), Əfqan Bayramov (77 kq), Ceyhun Tağızadə, Kamran İsmayılov (hər ikisi 85 kq), Rövşən Fətullayev, Nailxan Nəbiyev (hər ikisi 94 kq), Azər Məmmədli (+105 kq) qatılacaq. Ağırlıqqaldıranlar 13 - 17 mayda Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında körpücük üzərinə çıxacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"