Mayın 3-də, saat 12:00-da, Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzində yerləşən Milli Komandaların Məşq Mərkəzinin meydanında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının mətbuat nümayəndələri üçün açıq məşqi keçiriləcək.
Sportinfo.az xəbər verir ki, məşq başa çatdıqdan dərhal sonra isə Məşq Mərkəzinin konfrans zalında baş məşqçi Yaşar Vahabzadənin mətbuat konfransı keçiriləcək. Tədbirdə iştirak etmək istəyən KİV nümayəndələri üçün ayrılmış nəqliyyat vasitəsi saat 11:15-də AFFA-nın inzibati binasının qarşısından yola düşəcək.
