Türkiyənin futbol millisi Azərbaycana gələn həftə gələcək

2 May 2017 17:00 İslam Oyunları 438
Türkiyənin futbol millisi Azərbaycana gələn həftə gələcək

IV İslamiadada iştirak edəcək Türkiyənin futbol komandası Azərbaycana gələn həftə gələcək. Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, ümumilikdə Türkiyədən Azərbaycana 500 nəfədən ibarət nümayəndə heyəti gələcək: "Bu da Azərbaycandan sonra ikinci ən böyük nümayəndə heyətidir".

Səfir əlavə edib ki, İslam oyunlarının açılışına Türkiyənin idman nazirin gələcəyi dəqiqdir. Açılış mərasimində Tükiyənin ən yüksək səviyyədə təmsil olunub-olmayacağına barədə suala cavabında isə səfir deyib ki, hələ bununla bağlı qəti bir qərar yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"