Azərbaycan yığmasının qrup oyunlarına bütün biletlər satıldı

1 May 2017 16:36 İslam Oyunları 472
Azərbaycan yığmasının qrup oyunlarına bütün biletlər satıldı

Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət millisinin "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarındakı qarşılaşmaları üçün satışa çıxarılan bütün biletlər satılıb. Sportinfo.az xəbər verir ki, futbol yarışlarını izləmək istəyən azarkeşlər üçün yarışın qrup mərhələsinin digər oyunlarına müəyyən sayda bilet qalıb.

Bunlar Türkiyə, Kamerun, Əlcəzair və Səudiyyə Ərəbistanının iştirakı ilə matçlar, habelə yarım final, bürünc medal və final qarşılaşmalarıdır. Azərbaycan yığması mayın 8-də Kamerun, mayın 11-də Səudiyyə Ərəbistanı, mayın 15-də isə Mərakeşlə üz-üzə gələcək.

Mayın 8-də start götürəcək qrup mərhələsinin oyunları "Dalğa Arena", "AZAL Arena" və "Bayıl Arena"da olacaq. Biletlər Baku2017 veb-saytı – www.baku2017.com vasitəsilə onlayn rejimdə və ya Bakıda yerləşən 12 satış məntəqəsində, o cümlədən, 28 Mall, Gənclik Mall və Park Bulvar ticarət mərkəzlərində satışdadır.

Ev sahibi olan Azərbaycan komandasını dəstəkləmək və ona azarkeşlik etmək istəyindən irəli gələrək, məhz yerli idmançıların qatıldıqları bütün idman yarışlarına bilet satışı yüksəkdi. Mayın 12-də keçiriləcək Açılış Mərasimi üçün D kateqoriyalı biletlər də artıq satılıb qurtarıb. Çox məhdud sayda A, B və C kateqoriyalı biletlər hələ də satışdadı.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"