İslamiadad iştirak edəcək ölkələrdən 27-nin idmançı sayı bilindi

27 Aprel 2017 16:00 İslam Oyunları 381
İslamiadad iştirak edəcək ölkələrdən 27-nin idmançı sayı bilindi

Bakıdakı IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ölkələrdən 27-si idmançılarının sayını müəyyənləşdirib. Sportinfo.az xəbər verir ki, Azərbaycan 335 idmançı ilə təmsil olunacaq. Hələlik ikinci ən böyük say (307) Əlcəzairə məxsusdu. Pakistan üçüncü (180 - 190) yerdə qərarlaşıb.

Bəhreyn, Benin, Birləşmiş Ərəb Əmirliyi, Bruney, Cibuti, Fil Dişi Sahili, İndoneziya, İordaniya, Kamerun, Livan, Liviya, Mali, Mavritaniya, Mərakeş, Misir, Niger, Müstəqil İHİF idmançıları, Özbəkistan, Qabon, Qazaxıstan, Toqo, Qəmər adaları, Qvineya, Seneqal, Somali, Syerra-Leone, Sudan, Tacikistan, Türkiyə və Türkmənistan hələ idmançı sayını müəyyənləşdirməyib.

Azərbaycan: 335
Albaniya: 8
Banqladeş: 31
Burkina-Faso: 4
Çad: 30
Əfqanıstan: 141
Əlcəzair: 307
Fələstin: 84
İran: 145
İraq: 65
Malayziya: 37
Maldiv adaları: 33
Mozambik: 20
Nigeriya: 10
Oman: 60
Pakistan: 180 - 190
Qambiya: 13
Qayana: 18
Qətər: 50
Qırğızıstan: 40
Qvineya-Busau: 4
Səudiyyə Ərəbistanı: 170
Surinam: 11
Suriya: 30
Tunis: 60
Uqanda: 43
Yəmən: 9 - 13

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"