"Biz İslam Oyunlarına ciddi şəkildə hazırlaşırıq" - Sportinfo.az xəbər verir ki, bu sözləri "Bakı-2017"-nin rəsmi saytına açıqlamasında İslamiadada mübarizə aparacaq 23 yaşadək futbolçulardan ibarət futbol komandamızın baş məşqçisi Yaşar Vahabzadə deyib.
A qrupunda yer alan millimiz Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşlə mübarizə aparacaq. Baş məşqçi əsas məqsədinin qrup səddini keçmək olduğunu bildirib:
"Azərbaycan çempionatı 29 apreldə bitəcək və mayın 1-dən biz toplanışa start verəcəyik. Əsas məqsəd, təbii ki, qurpdan çıxmaqdı. Rəqiblərimiz nə qədər çətin olsa da, qrupdan çıxmağı bacarmalıyıq".
