Azərbaycanın tanınmış bankı ilə sponsorluq müqaviləsi imzaladı

25 Aprel 2017 13:00 İslam Oyunları 631
Azərbaycanın tanınmış bankı ilə sponsorluq müqaviləsi imzaladı

Kapital Bank Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı oldu. Sportinfo.az xəbər verir ki, bununla bağlı bank və Bakı 2017 Oyunları Əməliyyat Komitəsi arasında tərəfdaşlıq müqaviləsi imzalandı. İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və Bakı 2017-nin Əməliyyatlar Komitəsinin Korporativ direktoru Elçin Səfərov iştirak edirdi.

“Son illər ərzində Azərbaycanda bir sıra beynəlxalq səviyyəli tədbirlər, mötəbər idman yarışları keçirilir. Bu il Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları da belə tədbirlər sırasındadır. Kapital Bank olaraq belə tədbirə dəstək göstərməkdən qürur duyuruq. Əminliklə söyləmək olar ki, I Avropa Oyunları kimi İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçiriləcək, qonaqların və iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"