Hər biri üçün 50 dollar ödəməli

7 Fevral 2017 00:24 İslam Oyunları 546
Hər biri üçün 50 dollar ödəməli

Gənclər və idman naziri Azad Rəhimov "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına qatılmaq imkanı olmayan ölkələrə ediləcək yardım barədə açıqlama verib. Sportinfo.az-ın məlumatına görə, Oyunların Əməliyyat Komitəsinin icraçı direktoru qidalanma xərclərində güzəştlərin mümkünlüyünü dilə gətirib.

ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək. O bildirib ki, müqaviləyə əsasən, Azərbaycan Oyunlarda iştirak edəcək ölkələrin səfər xərclərini ödəməyəcək: "57 ölkənin 53-ü səfər xərcini özü çəkəcək.

4 ölkənin bilet pulunu isə İslam Əməkdaşlıq Təşkilatı ödəyəcək. Qidalanmaya gəldikdə, iştirakçı idmançıların hər biri üçün onun ölkəsi 50 dollar ödəməlidir. İmkanı olmayanların qidalanma xərclərinə güzəşt edə bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"