Azad Rəhimov yeni məqsədi AÇIQLADI

1 Fevral 2017 08:48 İslam Oyunları 543
Azad Rəhimov yeni məqsədi AÇIQLADI

Bakı-2017 zamanı əsas televiziya yayım xidmətini təmin etmək məqsədilə Bakı Media Mərkəzi ilə müqavilə bağlayıb. Sportinfo.az xəbər verir ki, mayın 12-22-də Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi oyunlarını televiziya və internet vasitəsilə ən yüksək səviyyədə izləmə imkanı qazanacaqlar.

Gənclər və idman naziri, AİSGOC-un baş icraçı direktoru Azad Rəhimov Bakı Media Mərkəzi ilə imzalanan müqaviləyə münasibət bildirərkən deyib: “Yayım və media platformalarının imkanlarından tam yararlanaraq geniş media auditoriyası və idman azarkeşlərinə İslam mədəniyyətini və dəyərlərini çatdırmaq, idmanın inkişafını, cəmiyyətdə ona olan marağı nümayiş etdirmək İHİF və Bakı-2017 əməliyyat komitəsinin əsas məqsədidi. Bakı Media Mərkəzində mükəmməl yayım platforması mövcuddur ki, məhz onun vasitəsilə biz İslam Həmrəyliyi oyunlarını nümayiş etdirmək imkanı əldə edirik”.

Bakı Media Mərkəzinin baş icraçı direktoru Orman Əliyev bildirib: “4-cü İslam Həmrəyliyi oyunlarının əsas televiziya yayım şirkəti olaraq əməkdaşlığımızdan fəxr hissi duyuruq. Bakı Media Mərkəzinın məqsədi İslam dünyasının televiziya auditoriyasını əhatə edərək, Oyunların yüksək səviyyədə yayımını təmin etməkdir. Öz növbəsində bu, Bakının gözəlliyini, ölkəmizdə idmanın inkişafını və idmana olan marağı, İslam dünyasının mədəniyyətini, tarix və adətlərini nümayiş etdirməkdə bizim üçün önəmli məqamlardandı”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"