Mahir Emreli ÇL-də ŞOK GECƏ YAŞADI

20 Avqust 2023 01:00 Çempionlar Liqası 2 091
Mahir Emreli ÇL-də ŞOK GECƏ YAŞADI

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Xorvatiya) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi ilk görüşdə 1:2 hesabı ilə uduzduğu AEK-in (Yunanıstan) qonağı olub.

Mahir Emrelinin sona qədər ehtiyatda qaldığı görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıb.

Zaqreb təmsilçisi 90 dəqiqə ərzində 2 top fərqi ilə irəlidə olsa da, üstünlüyünü qoruya bilməyib. AEK 90+2 və 90+10-cu dəqiqədə vurduğu qollarla növbəti mərhələyə yüksəlib.

AEK pley-off-da Belçika “Antverpen”i ilə üz-üzə gələcək. "Dinamo" isə Avropa Liqasının pley-offunda "Sparta"ya (Çexiya) rəqib olub.

Bu komandalar arasında ilk görüş avqustun 8-də Yunanıstanda, cavab oyunu isə avqustun 15-də Zaqrebdə olmalı idi.

Lakin avqustun 7-də - ilk matçdan əvvəl iki komandanın azarkeşləri arasında qarşıdurma yaşandığı üçün oyun təxirə salınıb.

Həmin iğtişaşda AEK-in 22 yaşlı azarkeşi aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Hadisəyə görə ittiham olunan 105 nəfər saxlanılıb. UEFA hər iki oyunun azarkeşsiz keçirilməsinə qərar verib.

UEFA-nın qərarı ilə ilk matç avqustun 15-də Zaqrebdə oynanılıb, cavab görüşü isə bu günə təyin edilib.

22:45 AEK (Yunanıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:2

Qollar: Araxuo 90+2, Vida 90+ 11 – Şutalo 45+2, Lyubiçiç 65

İlk oyun - 2:1.

Digər Xəbərlər
Xəbər Lenti