Xorvatiya Qananı məğlub etdi, qrupu ikinci bitirdi - DÇ-2026

28 İyun 03:10 Dünya çempionatı 360
Xorvatiya Qananı məğlub etdi, qrupu ikinci bitirdi - DÇ-2026

Dünya çempionatında Xorvatiya Qana seçməsinə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Filadelfiya stadionunda keçirilən L qrupunun III turunun matçı Avropa təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə tamamlanıb.

Xorvatiyada Petar Suçiç (31) və Nikola Vlaşiç (83) qol vuran futbolçular olublar. Afrikalıların heyətində isə Derik Lukasen (73) özündən söz etdirməyi bacarıb.

Bu qələbə sayəsində Xorvatiya qrupunu 6 xalla ikinci sırada tamamlayıb. 4 xalı olan Qana isə dördüncü yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti