"Qazanmaq üçün lazım olan oyunu göstərə bilmədik”

3 Avqust 2020 01:38 İngiltərə 724
"Qazanmaq üçün lazım olan oyunu göstərə bilmədik”

İngiltərə kubokunun final matçında “Arsenal”a 1:2 hesabı ilə məğlub olan “Çelsi”nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ingilis mütəxəssis, məğlubiyyətlə bağlı bunları deyib:

“10-15 dəqiqə yaxşı oyun göstərdik, bir qol vurduq və qol şansları yaratdıq. Bundan sonra isə “Arsenal”ın oyunda geri dönüş etməsinə icazə verdik.

Ümumilikdə, bizim üçün ağır dövr oldu. Futbolçular əllərindən gələni etdilər. Təəssüf hissi yaşadıq, amma mövsümü yaxşı tamamlamağı bacardıq.

Bir neçə həftə əvvəl “Mançester Yunayted”lə yarımfinal oyununda (3:1) möhtəşəm idik. Kuboku qazanmaq üçün lazım olan oyunu göstərə bilmədik”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?
7 Noyabr 00:40 Mbappe Bakıya gələcək